Messinin millidə vida matçı bu tarixdə olacaq


“İnter Mayami”nin hücumçusu Lionel Messi Argentina millisinin yoldaşlıq oyunları üçün heyətinə daxil edilib.
Yeniavaz.com
xəbər verir ki, milli komanda 30 sentyabrda Boliviya, 3 oktyabrda Burkina-Faso və 6 oktyabrda Beninlə oynayacaq.
Beninə qarşı matçın Messi üçün vida matçı olacağı gözlənilir.
Oyunçunun vida mərasimi isə Buenos Ayresdəki “Estadio Monumental” stadionunda planlaşdırılır.
Qeyd edək ki, 31 avqustda Messi rəsmi olaraq Argentina millisindən ayrıldığını elan edib. Hücumçu 2005-ci ilin avqust ayından bəri Argentina millisində oynayırdı. O, bu müddət ərzində 207 oyun keçirib və 125 qol vurub. Bununla da, o, milli komandanın bütün dövrlərin ən çox qol vuran oyunçusu olub.
Xatırladaq ki, “İnter Mayami”dən əvvəl Messi Fransanın “Pari Sen Jermen” və İspaniyanın “Barselona” komandalarında oynayıb, onlarla birlikdə dörd dəfə Çempionlar Liqasını, üç dəfə UEFA Super Kubokunu və Klublararası Dünya Kubokunu qazanıb.

DİGƏR XƏBƏRLƏR

Top