
Portuqaliya millsinin və Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubunun hücumçusu Kriştianu Ronaldo bu qış klubdan ayrıla bilər.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Dailysports” poratlı jurnalist Səud Əl-Saramiyə istinadla məlumat yayıb.
“Düşünürəm ki, Ronaldo yanvar ayında “Əl-Nəsr”dən ayrılacaq”, - Əl-Sarami bildirib.
Ronaldunun karyerasını harada davam etdirə biləcəyi ilə bağlı beç təfərrüat açıqlanmayıb.
Qeyd edək ki, bundan əvvəl “A Bola” qəzeti Ronaldonun “Əl-Nəsr”i almaq istədiyini bildirmişdi.
Xatırladaq ki, Ronaldonun 41 yaşı var. O, beşqat Çempionlar Liqasının, Avropa çempionunun və ikiqat Millətlər Liqasının qalibidir. O, milli komandalar, Avropa çempionatları, Çempionlar Liqası və Klublararası Dünya Kuboku tarixində ən çox qol vurma rekorduna sahibdir. O, 2022-ci ilin dekabr ayından bəri “Əl-Nəsr”də oynayır. Karyerası ərzində hücumçu həmçinin “Sportinq” (Portuqaliya), “Mançester Yunayted” (İngiltərə), ”Yuventus” (İtaliya) və “Real Madrid” (İspaniya) klublarında da oynayıb.
Tətbiqimizi yükləyə bilərsiniz