Şagirdlərdə aqrar elmə maraq artırılır

Bakı Şəhəri üzrə ümumi təhsil məktəblərinin VIII-XI sinif şagirdləri ilə "Gənclərin və orta məktəb şagirdlərinin aqrar elmə marağının artırılması" mövzusunda görüşlər keçirilir. Bu barədə Bakı Şəhəri üzrə Təhsil İdarəsindən məlumat verilib. Məlumata görə, görüşlər Təhsil Nazirliyi və Kənd Təsərrüfatı Nazirliyinin birgə əməkdaşlığı əsasında Aqrar Elm və İnformasiya Məsləhət Mərkəzinin Gənc Alim və Mütəxəssislər Şurası tərəfindən təşkil edilir.

Görüşlər zamanı son dövrlərdə ölkəmizin aqrar sahədə qazandığı uğurlardan söhbət açılır, ölkəyə idxal olunan ət və süd məhsullarının yoxlanılması, xəstəliklərə qarşı mübarizə tədbirləri və gənc mütəxəssislərin fəaliyyəti, baytarlıq, üzümçülük və şərabçılıq sahələrində aparılan elmi-tədqiqat işləri və aqrar sahənin inkişafı ilə bağlı dövlətin qəbul etdiyi Strateji Yol Xəritəsi haqqında şagirdlərə geniş məlumat verilir.

Görüşlərdə həmçinin, Azərbaycan Dövlət Aqrar Universitetinin fəaliyyətini əks etdirən videoçarx nümayiş etdirilir.

Mütəxəssislər tərəfindən aqrar sahə ilə bağlı şagirdləri maraqlandıran suallar cavablandırılır, müvafiq ixtisaslar haqqında məktəbliləri maraqlandıran məsələlərə aydınlıq gətirilir.

DİGƏR XƏBƏRLƏR

Top