
Ermənistanın Konstitusiya Məhkəməsi Ermənistanla ABŞ arasındakı TRIPP layihəsi üzrə çərçivə sazişinin Əsas Qanuna uyğun olduğunu hesab edib.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Pastinfo” məlumat yayıb.
Məlumata görə, Konstitusiya Məhkəməsi sazişdə müəyyən edilmiş öhdəliklərin uyğunluğu məsələsinə baxılmasını başa çatdırıb və bu öhdəliklərin Ermənistan Konstitusiyasına uyğun olduğunu qərara alıb.
Məhkəmənin qərarından sonra sənədlər təsdiq üçün Ermənistan Parlaentinə göndəriləcək.
Qeyd edək ki, çərçivə sazişi ABŞ və Ermənistanın xarici siyasət idarələrinin rəhbərləri tərəfindən imzalanıb: ABŞ dövlət katibi Marko Rubio sənədi iyunun 1-də Vaşinqtonda, Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan isə iyunun 4-də Yerevanda imzalayıb.
Tətbiqimizi yükləyə bilərsiniz