Aİ Hörmüzdəki vəziyyətə görə nə qədər itirib? – AK Prezidenti açıqladı


Avropa İttifaqı (Aİ) İranla bağlı münaqişə və Hörmüz boğazındakı vəziyyətə görə 90 milyard avro itirib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Avropa Komissiyasının (AK) Prezidenti Ursula fon der Lyayen Avropa Parlamentindəki çıxışı zamanı bildirib.
Onun sözlərinə görə, münaqişənin başlanğıcından bəri Aİ 90 milyard avro dəyərində qazıntı yanacaq idxalına əlavə xərc çəkib. Buna baxmayaraq, alınan enerjinin həcmi artmayıb.
Fon der Lyayen bərpa olunan enerji mənbələri, nüvə enerjisi, biometan və digər texnologiyalar da daxil olmaqla, daxili enerjinin inkişafını sürətləndirməyə çağırıb.
O, Avropanın elektrikləşdirilməsini əsas məqsədlərdən biri adlandırıb.
Aİ 2040-cı ilə qədər enerji istehlakında elektrik enerjisinin payını ikiqat artırmağı planlaşdırır. Avropa Komissiyası rəhbərinin sözlərinə görə, bu, qazıntı yanacaq idxal xərclərini ildə 260 milyard avro azaldacaq.
Qeyd edək ki, İranla bağlı münaqişə qlobal neft və mayeləşdirilmiş təbii qaz ticarətinin əsas marşrutu olan Hörmüz boğazında gərginliyin artmasına səbəb olub. Bölgədə gəmiçilikdə yaranan fasilələr və risklər özünü enerji qiymətlərində, həmçinin, onlardan asılı olan ölkələrin xərclərində göstərir.

DİGƏR XƏBƏRLƏR

Top