Azərbaycanda internet tarifləri bahalaşacaq – KİV


Oktyabrın 1-dən Azərbaycanda hazırda qiyməti 18 manat və ya daha aşağı olan bütün sabit internet tariflərinin vahid minimum olan 25 manatlıq tarifə keçiriləcəyi iddia olunur.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Milli.az məlumat yayıb.
Bildirilib ki, dəyişikliklər yalnız genişzolaqlı internet üçün nəzərdə tutulmuş xidmətlərə şamil ediləcək və mobil rabitə ilə mobil internet paketlərinə təsir göstərməyəcək.
“Qərar bazarda tariflərin vahidləşdirilməsi və telekommunikasiya infrastrukturunun daha da inkişaf etdirilməsi siyasəti çərçivəsində qəbul olunub”, - sayt yazır.

DİGƏR XƏBƏRLƏR

Top