Qazilərin adından istifadə edib qanunsuz pul yığanlar kimlərdir? – Video + Yenilənib


“Azadlıq” metrosu yaxınlığında, Süleyman Sani Axundov küçəsində yerləşən “Bravo” mağazasının önündə alış-veriş etmək üçün maşınımı park edirəm. Hər dəfə marketdən çıxdıqda sarı gödəkçə geyinmiş bir şəxs önümü kəsərək, maşınımı saxladığıma görə məndən pul tələb edir. Ona pul verdikdə isə daim məbləğin az olduğunu bildirir”.
Bunu Yeniavaz.com-a paytaxt sakini Fuad Kərimov bildirib.
O qeyd edib ki, sözügedən şəxs, avtomobildə kimisə gözləyəndə və ya telefonla danışan zaman gəlib pəncərəni döyərək ödəniş tələb edir.
F. Kərimovun sözlərinə görə, “Bravo”ya məxsus olan parkinq ərazisində insanlardan pul tələb edən həmin şəxs şəhid ailələrinin adından istifadə edir.
“Yığılan bütün pulların yalnız “şəhid ailələri fondu”na getdiyini iddia edir”.
F. Kərimov sözügedən şəxsin ondan pul tələb etməsini əks etdirən kadrları redaksiyamıza təqdim edib.

“Bravo”nun müştəri xidmətlərindən isə bildirilib ki, məsələ ilə bağlı müvafiq addımlar atılıb:
“Ərazidə parklanmanı tənzimləyən şəxs kimi fəaliyyət göstərən şəxsin bu fəaliyyəti “Bravo” ilə əlaqəli deyil. Həmin şəxsin dəfələrlə ərazidən uzaqlaşdırılması istiqamətində cəhdlər göstərilib. Təəssüf ki, nəticə əldə olunmadığı üçün məsələ artıq aidiyyəti üzrə polis əməkdaşlarına da bildirilib”.
Xatırladaq ki, sözügedən məsələ ilə bağlı sürücülər daha əvvəl də Yeniavaz.com-a müraciət etmişdilər.

***
Yeniavaz.com
-un əldə etdiyi məlumata görə, qanunsuz parkink fəaliyyəti təşkil edən şəxs saxlanılıb. Onunla bağlı məsuliyyət tədbiri görülməklə qanunsuz fəaliyyətinin qarşısı alınaraq ərazidən uzaqlaşdırılıb.

Murad Məmmədov

DİGƏR XƏBƏRLƏR

Top