Ərdoğan martda Rusiyaya gedir

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan martın əvvəlində Rusiyaya səfər etməyə hazırlaşır. “Yeniavaz.com”un “Sputnik”ə istinadən verdiyi məlumata görə, bu barədə türk diplomatik dairələr xəbər verib. Səfər Rusiya-Türkiyə Yüksək Səviyyəli Əməkdaşlıq Şurasının iclası çərçivəsində baş tutacaq. R. T. Ərdoğan rusiyalı həmkarı Vladimir Putinlə görüşəcək. İki ölkənin liderləri türk məhsullarının idxalına qoyulmuş qadağanın bundan sonra da ləğvini, Türkiyə vətəndaşları üçün vizaların tam aradan qaldırılmasını, Suriya böhranını müzakirə edəcəklər.

DİGƏR XƏBƏRLƏR

Top