
ABŞ Nümayəndələr Palatası prezident Donald Trampın Konqresin əlavə razılığı olmadan İrana qarşı hərbi əməliyyatlar aparmaq səlahiyyətini məhdudlaşdırmaq üçün növbəti dəfə səsvermə keçirib.
Yeniavaz.com “CBS News”a istinadla xəbər verir ki, səsvermədə 220 konqresmen qətnamənin lehinə, 204 nəfər isə əleyhinə səs verib.
Qətnaməyə 7 respublikaçı konqresmen də dəstək verib. Bu, Trampın İrana qarşı hərbi səlahiyyətlərinin məhdudlaşdırılması ilə bağlı Nümayəndələr Palatasında keçirilən üçüncü cəhd olub.
Bundan əvvəl oxşar təşəbbüslər iyun və iyul aylarında müzakirəyə çıxarılıb. İyul ayında Nümayəndələr Palatası hərbi əməliyyatların məhdudlaşdırılmasını nəzərdə tutan qətnaməni qəbul etsə də, sənəd Senatda müzakirəyə çıxarılmayıb.
Hazırkı qətnamənin də Senatda müzakirəyə çıxarılıb-çıxarılmayacağı məlum deyil. Senatın noyabrda keçiriləcək Konqres seçkilərindən əvvəl daha iki iclasının keçirilməsi planlaşdırılır.
Səsvermə ABŞ Konqresində İrana qarşı müharibənin davam etdirilməsi ilə bağlı fikir ayrılıqlarının qaldığını göstərir. Eyni zamanda, bu dəfə təşəbbüsə əvvəlki cəhdlərlə müqayisədə daha çox respublikaçı dəstək verib.
Tramp administrasiyasının rəsmiləri isə prezidentin İrana qarşı strategiyasını müdafiə etməyə davam edirlər. Tramp müharibənin seçkilərdən sonra başa çatacağını bildirsə də, münaqişənin nə vaxt sona çatacağı hələlik məlum deyil.
ABŞ Konqresinin Büdcə İdarəsinin hesablamasına görə, müharibənin ölkəyə aylıq xərci təxminən 2-3 milyard dollar təşkil edir.
Tətbiqimizi yükləyə bilərsiniz