İxracın 88%-dən çoxunu neft, qaz və qızıl təşkil edib


Bu ilin ilk 8 ayı ərzində Azərbaycandan xarici ölkələrə 21 milyard 815 milyon 37 min dollar dəyərində məhsul ixrac edilib.
Yeniavaz.com
açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, ixracın 15 milyard 536 milyon 232,5 min dolları və ya 71,2%-i neft-qaz sektorunun payına düşüb. Xam neftin ixracı ümumi ixracın 42,6%-ni, təbii qaz ixracı isə ümumi ixracın 26,2%-ni təşkil edib.
Bunlardan başqa, bu ilin ilk 8 ayında xaricə 3 milyard 739 milyon 661,7 min dollar dəyərində qızıl ixrac olunub ki, bu da ümumi ixracın 17,1%-nə bərabər olub. Nəticədə, neft, qaz və qızıl ümumi ixracın 88,3%-ni təşkil edib.

Elnur Əli

DİGƏR XƏBƏRLƏR

Top