
İspaniyanın “Real Madrid” klubu ötən gecə La Liqanın VI turu çərçivəsində “Elçe”nin qonağı olub.
Yeniavaz.com xəbər verir ki, “Kral klubu” meydana Seutada hücuma məruz qalan insanlara dəstək ifadə edən köynəklərlə çıxıb.
Mbappe, Vinisius və Konate köynəkləri düzgün geyinməkdən imtina ediblər və mümkün qədər tez onları əyinlərindən çıxarıblar.
Bu hal müzakirələrə səbəb olub.
Xatırladaq ki, iyulun 30-da Mərakeşdən İspaniyanın Seuta anklavına on minlərlə insanın kütləvi keçidi baş vermişdi. Avropa Parlamentinin araşdırma xidmətinə görə, təxminən 80 min miqrant Seutaya daxil olub və bu zaman ən azı 72 nəfər ölüb.
Hazırda yüzlərlə miqrant hələ də küçələrdə, çimərliklərdə və müvəqqəti düşərgələrdə qalır. İspaniya hökumətinin 15 sentyabra olan məlumatına görə, iyul hadisələrindən sonra 5 482 nəfər Mərakeşə qayıdıb, 307 nəfər isə deportasiya edilib.
Tətbiqimizi yükləyə bilərsiniz