ABŞ-ın “Business Insider” nəşri Rusiyanın ən ölümcül silahlarının siyahısını dərc edib. “Yeniavaz.com”un xarici mətbuata istinadən verdiyi məlumata görə, siyahının birincisi S-300 zenit-raket kompleksləri olub. Bu sistemlər hədəfə 12 raket tuşlaya və birdən 6 təyyarə vura bilər. Bundan başqa, reytinqə “Novorossiysk” dizel-elektrik sualtı qayığı daxil olub. Bu sualtıqayıq az nəzərə çarpma texnologiyası sayəsində faktiki olaraq görünməzdir. “Tu-160” bombardmançı-raketdaşıyıcı da ölümcül silah hesab edilib. “Tu-160” 40 min kiloqram partıayıcı və “Pantsir-S1” yerüstü və dənizdə yerləşən özühərəkət edən zenit-raket kompleksi daşıya bilir. Reytinqin sonuncusu “Mi-28” helikopteridir. O, avtomatik topla, “Sarmat” RS-28 və “Yars” RS-24 qitələrarası ballistik raketlə təchiz edilib.