Azərbaycan neftinin qiyməti 128 dolları keçdi


Dünya bazarında Azərbaycan neftinin qiyməti bahalaşıb.
Yeniavaz.com
xəbər verir ki, “Azeri Light” markalı neftin 1 barelə olan qiyməti 0,74 dollar artaraq 128,03 ABŞ dolları olub.
Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 65 ABŞ dollarından hesablanıb.
Qeyd edək ki, “Azeri Light” neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb.

DİGƏR XƏBƏRLƏR

Top