Rusiyada telefon vasitəsilə saxta dərmanları tanımaq mümkün olacaq

Rusiyanın baş naziri Dmitri Medvedev dərmanların avtomatlaşdırılmış qeydiyyat sisteminin yaradılması üzrə eksperimentə başlamağı tapşırıb. “Yeniavaz.com”un TASS-a istinadən verdiyi məlumata görə, D. Medvedev qeyd edib ki, eksperiment çərçivəsində dərman qabları xüsusi kodlarla markalaşdırılacaq. Onun sözlərinə görə, bu, saxta, qaçaqmal məhsulları ilə mübarizə üçün atılmış addımdır: “Yeni sistem dərmanların istehsalçıdan aptekədək və ya xəstəxanayadək hərəkətinin bütün mərhələlərini izləməyə imkan verəcək. Nəticədə istənilən şəxs xüsusi qurğunun – skaner və ya smartfonun köməkliyi ilə dərman qabının mənşəyini yoxlaya, onun leqal məhsul olub-olmadığına əmin ola biləcək”.

DİGƏR XƏBƏRLƏR

Top