İngiltərə ən yaxşı futbolçusunu seçdi

“Liverpul”un yarımmüdafiəçisi Adam Lallana İngiltərə yığmasının 2016-cı ildə ən yaxşı oyunçusu seçilib. “Yeniavaz.com”un xarici mətbuata istinadən verdiyi məlumata görə, “Liverpul”un pleymeykeri respondentlərin 39 faiz səsini toplayıb. O, “Lester Siti”nin forvardı Ceym Vardi (12 faiz) və “Mançester Yunayted”in hücumçusu Ueyn Runini (8 faiz) qabaqlaya bilib. Xatırladaq ki, son 3 ildə bu mükafat iki dəfə U. Runiyə (2014, 2015-ci illərdə), 2013-cü ildə isə “Liverpul”un keçmiş kapitanı Stiven Cerrarda nəsib olub.

DİGƏR XƏBƏRLƏR

Top