
Dövlət Statistika Komitəsinin üç şöbə müdirinin vəzifəsindən azad olunduğu bildirilir.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Unikal” məlumat yayıb.
Bildirilir ki, komitə sədri Azər Mursaqulov bununla bağlı müvafiq əmrlər imzalayıb.
“Struktur dəyişiklikləri ilə əlaqədar Xidmət statistikası şöbəsinin müdiri Sevinc Fəttahova, Əmək statistikası şöbəsinin müdiri Nemət Xuduzadə və Həyat keyfiyyətinin statistikası şöbəsinin müdiri Səxavət Məmmədov tutduqları vəzifələrdən azad ediliblər”, - sayt yazır.
Qeyd olunub ki, Komitədən məlumatı təsdiqləyiblər:
“Bildirilib ki, Dövlət Statistika Komitəsində qabaqcıl beynəlxalq təcrübə nəzərə alınmaqla strukturun təkmilləşdirilməsi istiqamətində dəyişikliklər həyata keçirilir”.
Tətbiqimizi yükləyə bilərsiniz