Azərbaycanda ən çox hansı türk seriallarına baxılır?


Son bir həftə ərzində Azərbaycanda internet istifadəçilərinin “YouTube” platformasında ən çox axtardığı videolar arasında Türkiyə serialları ilk sıralarda olub.
Yeniavaz.com
“Google Trends”in məlumatlarına əsasən xəbər verir ki, internet istifadəçilərinin ən çox axtardıqları videolar arasında “Sevdam Bir Ateş” adlı serialının 2-ci bölümü 2-ci sırada olub.
Bundan başqa, Azərbaycandan olan internet istifadəçilərinin “YouTube”də ən çox axtardıqları Türkiyə serialları arasında “Haysiyet”, “Benim Olsana”, “Güller ve Günahlar”, “Uzak Şehir”, “A.B.İ”, “Evlilik Güzeldir” kimi seriallar da olub.
Qeyd edək ki, bu seriallar ən çox axtarılan videoların ilk onluğunda qərarlaşıb.
Onu da bildirək ki, ötən həftə “YouTube”də ən çox axtarılan video “Sabah” – “Mançest Yunayted” oyunu olub.

Zöhrə İsazadə

DİGƏR XƏBƏRLƏR

Top