
“ABŞ Prezidenti Donald Tramp İranla danışıqlarla bağlı ziddiyyətli siqnallar göndərir, Tehran isə İranın şərtləri yerinə yetirilənə qədər danışıqları davam etdirmək niyyətində deyil”.
Yeniavaz.com xəbər verir ki, bunu İran Ali Milli Təhlükəsizlik Şurasının katibi Möhsün Rzayi “X” hesabında yazıb.
“İranın şərtləri yerinə yetirilənə qədər danışıqlar aparılmayacaq. Hekayənin sonu. Neft və boğazlar ətrafındakı risklər dəyişib. Vəziyyəti xilas etmək cəhdləri qaçılmaz çöküşü dayandırmayacaq”, - Rzayi bildirib.
Qeyd edək ki, Tramp daha əvvəl Tehranla danışıqların bərpasına razı olub-olmadığına qərar verəcəyini bildirmişdi. O, əlavə etmişdi ki, ümumiyyətlə problemin diplomatik həlli ideyasına qarşı deyil.
Tətbiqimizi yükləyə bilərsiniz