
Bu ilin ilk yarısında Azərbaycandan xarici ölkələrə fiziki şəxslər tərəfindən 207 milyon 878 min dollar pul köçürülüb.
Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, ötən ilin eyni dövrü ilə müqayisədə xaricə göndərilən vəsaitlərin həcmi 30 milyon 302 min dollar və ya 12,7% azalıb. Belə ki, 2025-ci ilin ilk 6 ayında bu göstərici 238 milyon 180 min dollar olub.
Qeyd edək ki, 2026-cı ilin ilk 6 ayında Azərbaycandan ən çox vəsait Türkiyəyə köçürülüb. Belə ki, bu ölkəyə 58 milyon 483 min dollar (ümumi məbləğin 28,1%-i) göndərilib. Ötən ilin eyni dövrü ilə müqayisədə Türkiyəyə göndərilən vəsaitin həcmi 9 milyon 522 min dollar azalıb.
İkinci yerdə ABŞ qərarlaşıb. 2026-cı ilin ilk 6 ayında Amerikaya 29 milyon 889 min dollar vəsait göndərilib ki, bu da ümumi köçürmələrin 14,4%-nə bərabərdir. Ötən ilin eyni dövrü ilə müqayisədə ABŞ-yə köçürülən pulların həcmi 10 milyon 94 min dollar azalıb.
Daha sonra Rusiya (19 milyon 924 min dollar – 9,6%), Gürcüstan (11 milyon 711 min dollar – 5,6%), Böyük Britaniya (11 milyon 556 min dollar – 5,6%) və Almaniya (11 milyon 150 min dollar – 5,4%) gəlir.
Ən ciddi artım Almaniyaya göndərilən vəsaitlərdə qeydə alınıb. Belə ki, bu ölkəyə köçürülən pullar 9 milyon 695 min dollardan 11 milyon 150 min dollara yüksəlib. Bu, 1 milyon 455 min dollar və ya 15% artım deməkdir.
Həmçinin Çin, Koreya Respublikası, İsrail və İsveçrəyə göndərilən vəsaitlərdə də ciddi azalma qeydə alınıb. Çinə köçürmələr 42,9%, Koreyaya 43,2%, İsrailə 38,2%, İsveçrəyə isə 30,1% azalıb.
2026-cı ilin ilk 6 ayında Azərbaycandan xaricə köçürülən pulların ölkələr üzrə tam siyahısı belədir:
Türkiyə – 58,483 milyon dollar (ümumi pulların 28,1%-i);
ABŞ – 29,889 milyon dollar (14,4%);
Rusiya – 19,924 milyon dollar (9,6%);
Gürcüstan – 11,711 milyon dollar (5,6%);
Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı – 11,556 milyon dollar (5,6%);
Almaniya – 11,150 milyon dollar (5,4%);
Birləşmiş Ərəb Əmirlikləri – 8,480 milyon dollar (4,1%);
Kanada – 4,110 milyon dollar (2,0%);
Qazaxıstan – 3,563 milyon dollar (1,7%);
Fransa – 2,875 milyon dollar (1,4%);
İsveçrə – 2,523 milyon dollar (1,2%);
Ukrayna – 2,514 milyon dollar (1,2%);
Avstriya – 2,509 milyon dollar (1,2%);
İspaniya – 2,465 milyon dollar (1,2%);
Polşa – 2,319 milyon dollar (1,1%);
Niderland – 2,291 milyon dollar (1,1%);
Litva – 2,280 milyon dollar (1,1%);
İtaliya – 2,262 milyon dollar (1,1%);
Özbəkistan – 2,230 milyon dollar (1,1%);
Çexiya – 2,161 milyon dollar (1,0%);
Çin – 2,032 milyon dollar (1,0%);
Koreya Respublikası – 1,601 milyon dollar (0,8%);
Belçika – 1,466 milyon dollar (0,7%);
Hindistan – 1,233 milyon dollar (0,6%);
İsrail – 1,165 milyon dollar (0,6%);
Rumıniya – 846 min dollar (0,4%);
Digər dövlətlər – 14,240 milyon dollar (6,9%).
Elnur Əli
Tətbiqimizi yükləyə bilərsiniz