
Azərbaycan və Ermənistanın xarici işlər nazirləri Ceyhun Bayramov və Ararat Mirzoyan bu ay Nyu-Yorkda görüşəcəklər.
Yeniavaz.com xəbər verir ki, Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan bu barədə “Azadlıq Radiosu”nun sualını cavablandırarkən bildirib.
Mirzoyan görüşün konkret gündəliyini açıqlamayıb.
O qeyd edib ki, görüş BMT Baş Assambleyasının 81-ci sessiyası çərçivəsində keçiriləcək.
Qeyd edək ki, BMT Baş Assambleyasının 81-ci sessiyası sentyabrın 8-də Nyu-Yorkda fəaliyyətə başlayıb.
Xatırladaq ki, Ceyhun Bayramov və Ararat Mirzoyanın son görüşü sentyabrın əvvəlində Bişkekdə, Şanxay Əməkdaşlıq Təşkilatının sammiti çərçivəsində baş tutub.
Tətbiqimizi yükləyə bilərsiniz