Tramp çağırış etmişdi, Ukrayna yenə neft emalı zavodunu vurdu – Video


Dünən gecə və bu səhər erkən saatlarda Rusiyanın müxtəlif bölgələrində partlayışlar baş verib.
Yeniavaz.com
xəbər verir ki, yerli hakimiyyət orqanları Ukrayna raketləri və dronları ilə hücum və müxtəlif obyektlərə ziyan dəydiyini bildirib.
15 sentyabr səhəri Samara vilayətinin qubernatoru Vyaçeslav Fedorişev sosial mediada dron hücumunun müəssisələrdən birinə və bir neçə evə ziyan vurduğunu, lakin itki olmadığını bildirib.
Qubernator hücumun yeri və ya müəssisə barədə məlumat verməyib.
Ukrayna monitorinq kanallarının (Supernova+, Exilenova+) məlumatına görə, Samara vilayətinin Sızran şəhərindəki neft emalı zavoduna hücum olub.
Bu məlumatı ASTRA şahidlərin çəkdiyi görüntülərin təhlili əsasında təsdiqləyib.
Rusiyanın dövlət şirkəti “Rosneft”in bir hissəsi olan və ildə 8,5 milyon tona qədər neft emal edə bilən Sızran neft emalı zavodu 2024-2025-ci illərdə və 2026-cı ilin yaz və yay aylarında Ukrayna müdafiə qüvvələri tərəfindən bir neçə dəfə hücuma məruz qalıb.
Zavod hücumlara görə dəfələrlə neft emalını dayandırıb.
Xatırladaq ki, daha əvvəl ABŞ Prezidenti Donald Tramp Ukrayna hakimiyyətini Rusiyanın yanacaq istehsal edən infrastrukturlarına hücum etməməyə çağırmışdı. O bunu dünyada yaranan yanacaq qıtlığı ilə əlaqələndirmişdi.

DİGƏR XƏBƏRLƏR

Top