
ABŞ Prezidenti Donald Tramp Ukraynanın Rusiyanın enerji obyektlərinə zərbə endirməməyə razı olduğunu bildirib.
Yeniavaz.com xəbər verir ki, bu barədə Amerika lideri “Truth Social” sosial şəbəkə səhifəsində qeyd edib.
Onun sözlərinə görə, Rusiya da eyni şəkildə Ukraynanın enerji obyektlərinə hücum etməməyə razı olduğunu bildirib.
Tramp həmçinin, qlobal dizel qiymətlərinin artmasının ABŞ-İran yox, Rusiya-Ukrayna müharibəsi ilə bağlı olduğunu qeyd edib.
O, başqa heç bir təfərrüat açıqlamayıb.
Tətbiqimizi yükləyə bilərsiniz