
İspaniya millisinin və “Barselona” klubunun hücumçusu Lamil Yamal 2025/26 mövsümünün ən yaxşı futbolçusuna verilən “Qızıl top” mükafatını qazanmağa əsas namizəd olduğunu bildirib.
Yeniavaz.com xəbər verir ki, o, bu barədə “Movistar” portalına müsahibəsində “Qızıl top”u kimin layiq olduğu ilə bağlı suala cavab verərkən qeyd edib.
“Mənim üçün hazırda dünyada iki ən yaxşı oyunçu var: mən və Fransa millisinin və “Real Madrid” klubunun hücumçusu Kilian Mbappe. Düşünürəm ki, biz dünyanın ən yaxşı oyunçularıyıq. Ancaq hesab edirəm ki, qazandığım hər şeyə görə bu il bu mükafata mən layiqəm. Matçları izləyən hər kəs bunu bilir”. – Yamal qeyd edib.
Qeyd edək ki, 19 yaşlı Yamal 2026-cı ildə “Barselona” ilə İspaniya Super Kubokunu və çempionluğunu qazanıb. O, həmçinin bu il İspaniya millisi ilə Dünya Kubokunun sahibi olub.
Tətbiqimizi yükləyə bilərsiniz