“İran razılaşma istəyir, qərarı mən verəcəyəm” – Tramp


İran hakimiyyəti ABŞ ilə razılığa gəlmək istəyir.  
Yeniavaz.com
xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp “Truth Social” sosial şəbəkə səhifəsində bildirib.
O, Vaşinqtonun bu prosesdə iştirak edib-etməyəcəyinə şəxsən qərar verəcəyini qeyd edib.
“Süqut etməkdə olan İran çarəsiz şəkildə razılaşma istəyir və bunun tez bir zamanda həyata keçirilməsinə can atır. ABŞ-nin bu prosesdə iştirak edib-etməyəcəyi ilə bağlı qərarı isə mən verəcəyəm, çünki biz bu konsepsiyaya açığıq”, – deyə Tramp əlavə edib.

DİGƏR XƏBƏRLƏR

Top