Avropada qazın qiyməti 1000 dolları keçdi – Bu sahədə rekorddur…


Avropada ticarət zamanı birjada təbii qazın qiyməti 2022-ci ilin dekabr ayından bəri ilk dəfə min kubmetr üçün 1000 dolları keçib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə məlumat Londonun ICE birjasının məlumatlarında öz əksini tapıb. 
Məlumata görə Hollandiyadakı TTF mərkəzində oktyabr fyuçerslərinin qiyməti 1000 kubmetr üçün təxminən 1004 dollara (MVt/saat üçün 84,07 avro) yüksəlib.
Qeyd edək ki, qaz qiymətlərinin artması qış fəsli ərəfəsində anbar tədarüklərinin rekord dərəcədə aşağı olması və Yaxın Şərqdə münaqişənin davam etməsi ilə əlaqələndirilir. 

DİGƏR XƏBƏRLƏR

Top