
Ukrayna Prezidenti Volodimir Zelenski Ruslan Kravçenkonu ölkənin Baş prokuroru vəzifəsindən azad edib.
Yeniavaz.com xəbər verir ki, müvafiq fərman Ukrayna liderinin rəsmi saytında dərc edilib.
Ukrayna qanunvericiliyinə görə, Baş Prokurorun vəzifədən azad edilməsi Ali Radanın səlahiyyətindədir.
Bu məsələ ilə bağlı səsvermə sentyabrın 15-nə təyin olunmuşdu. Lakin Zelenski hərbi vəziyyətdə ona verilən genişləndirilmiş səlahiyyətlərdən istifadə edərək, Ali Radanın qərarını qabaqlayıb.
Hazırda Radanın çərşənbə axşamı səs verib-verməyəcəyi məlum deyil.
Qeyd edək ki, Kravçenko sentyabrın 7-də istefa verdiyini açıqlayıb. O, Ukraynanın Baş prokuroru vəzifəsindən getməsini “siyasi qərar” adlandırıb və korrupsiya sxemlərində iştirakını qəti şəkildə rədd edib.
Kravçenkonun ölkədən qaçdığı iddia edilsə də, o, xaricdə işgüzar səfərdə olduğunu və beynəlxalq tərəfdaşlarını Ukraynanın korrupsiyaya qarşı mübarizə sistemindəki mövcud vəziyyət barədə məlumatlandırmaq üçün bir sıra görüşlər keçirdiyini bildirib.
Tətbiqimizi yükləyə bilərsiniz