
Sosial şəbəkələrdə “Çevik” kimi tanınan Bağırov Məqsəd Məcid oğlu və Bilalov Kamran Ramiz oğlu Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən saxlanılıb.
Yeniavaz.com xəbər verir ki, onlar barəsində məhkəmə tərəfindən həbs qətimkan tədbiri seçilib.
Hər iki şəxsə Cinayət Məcəlləsinin 283-cü maddəsi ilə (Milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin salınması) ittiham elan edilib.
Belə ki, Kamran Bilalov və Məqsəd Bağırov cəmiyyətdə dini nifrət və düşmənçilik salınması ilə bağlı əməllərin törədilməsində şübhəli bilinirlər.
Tətbiqimizi yükləyə bilərsiniz