Azərbaycan Premyer Liqasında XVI turun oyun cədvəli açıqlanıb

Futbol üzrə Azərbaycan Premyer Liqasında XVI turun oyun cədvəli müəyyənləşib. Turun oyunları iki günü əhatə edəcək. Tura AZAL - "Qarabağ" oyunu ilə start veriləcək. Fevralın 3-də saat 16:00-da başlanacaq qarşılaşmanın ardından mərkəzi görüşdə "Neftçi" "Qəbələ"ni qəbul edəcək. Ertəsi günün matçları paytaxtdan kənarda olacaq. Əvvəlcə Gəncədə "Kəpəz" "Zirə"ni, ardından Sumqayıtda eyniadlı klub "İnter"i sınağa çəkəcək.


Azərbaycan Premyer Liqası
3 fevral (cümə)
16:00. AZAL - "Qarabağ"
"AZAL Arena"
18:30. "Neftçi" - "Qəbələ"
"Bakcell Arena"
4 fevral (şənbə)
14:00. "Kəpəz" - "Zirə"
Gəncə şəhər stadionu
16:30. "Sumqayıt" - "İnter"
"Kapital Bank Arena"

DİGƏR XƏBƏRLƏR

Top