
“Uniper Global Commodities” şirkətinin Azərbaycandakı nümayəndəliyi (VÖEN – 1701647451) ləğv olunur.
Yeniavaz.com xəbər verir ki, ləğvetmə elanında kreditorlardan iki ay ərzində tələblərini Bakı şəhəri, Səbail rayonu, Nizami küçəsi, ev 96E, mənzil 19 ünvanına bildirmələri istənilir.
Qeyd edək ki, ləğv olunduğunu elan edən şirkət 2014-cü ildə dövlət qeydiyyatına alınıb. Nümayəndəliyin qanuni təmsilçisi Hüseynov Pərviz İlham oğludur.
Onu da bildirək ki, “Uniper Global Commodities SE” Almaniyanın Düsseldorf şəhərində yerləşən enerji ticarəti şirkətidir. Şirkət “Uniper” qrupunun beynəlxalq ticarət fəaliyyətlərini həyata keçirir və əsasən elektrik enerjisi, təbii qaz, LNG və digər enerji xammalı ilə bağlı əməliyyatlar aparır.
Şirkət beynəlxalq əmtəə bazarlarını birləşdirir, enerji alqı-satqısı, bazarlara çıxış və risklərin idarə edilməsi ilə məşğul olur. “Uniper” qrupunun özü isə Avropada fəaliyyət göstərən böyük enerji şirkətlərindən biridir və 40-dan çox ölkədə fəaliyyət göstərir.
“Uniper”in 2025-ci il maliyyə hesabatına görə, şirkətin 2025-ci ildə satış gəliri 61 milyard avro təşkil edib.
Elnur Əli
Tətbiqimizi yükləyə bilərsiniz