
Londonun “Tottenhem Hotspur” komandası İngiltərə Premyer Liqasında mövsümün ilk dörd oyununda ilk dəfə qol vura bilməyib.
Yeniavaz.com “Squawka”ya istinadla xəbər verir ki, Premyer Liqanın dördüncü turunda “Tottenhem” “Everton”la heç-heçə edib – 0:0.
Cari Premyer Liqa mövsümündə “Tottenhem” həmçinin “Brentford” (0:3) və “Nyukasl Yunayted” (0:2) komandalarına məğlub olub, “Nottinqem Forest” ilə heç-heçə edib (0:0).
Növbəti turda “Tottenhem” sentyabrın 19-da “Aston Villa”nı qəbul edəcək.
Hazırda klub 2 xalla 17-ci yerdədir. Onlar ötən mövsüm də liqanı 17-ci pillədə tamamlamışdılar.
Tətbiqimizi yükləyə bilərsiniz