Millət vəkili: "Xəbər saytlarına və qəzetlərə müsahibə verməyə qorxuram" VİDEO

"Jurnalistlər Quba deputatlarının başına oyun açıblar". Bu sözləri "Yeniavaz.az"a açıqlamasında millət vəkili Yevda Abramov deyib. Millət vəkili bundan sonra xəbər saytlarına və qəzetlərə müsahibə verməyə qorxduğunu bildirdi: "Diktafonla, telefonla, müsahibə verməyəcəm. Jurnalistlər bizim həyatımızla oynayır".

Xəbər saytlarından birinə Azərbaycandakı tolerantlıqla bağlı müsahibə verdiyini bildirən Y.Abramov fikirlərinin təhrif olunduğunu vurğulayıb: "Axı mən o sözün sahibi deyiləm. Mən diplomat adamam, siyasət adamıyam. Ona görə bundan sonra ancaq televiziyaya açıqlama verəcəm. Sözümün ağasıyam. Mən diktafona inanmıram. Əsl mətni dəyişdirirsiz. Müsahibələrdə əsas cümlələrimizi çıxarırsız. Redaktorun xoşuna gələn, mətbu orqan sahibinin xoşuna gələn cümlələri atırsız. Atırsız biz millət vəkillərini topun qabağına. Mən saytlardan incimişəm. Ya mətni tamam verin, ya da heç verməyin. Yaxud da verəcəyiniz mətni verin bizə imza ataq, daha sonra verin. Jurnalistikanın qaydaları var axı. Siz verirsiz bizi qəssabxanaya, sonra deyirsiz, cümlədi də yazmışıq. Hər cümlənin mənası var. Uşaqlar əlinə qələm və diktafon alıb ki, jurnalistəm. Elə şey olmaz. Siz də, biz də sözümüzə görə məsuliyyət daşıyırıq . Mən bu vaxta qədər sizin dostunuz olmuşam. Bundan sonra ancaq canlı səsim olan yerdə müsahibə verəcəm".

Rasim Məmmədli

Yevda Abramov

DİGƏR XƏBƏRLƏR

Top