Qırmızı işıqda yolayrıcına girən skuter avtomobillə toqquşdu – Video


Paytaxtın Nəsimi rayonu qırmızı işıqda yolayrıcına daxil olan skuter avtomobillə toqquşub.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi məlumat yayıb.
Bildirilib ki, hadisə Səməd Vurğun küçəsi ilə Mirzağa Əliyev küçəsinin kəsişməsində qeydə alınıb.
“Hadisədən 10 saniyə əvvəl də eyni qaydanı pozur, lakin yol boş olduğundan təhlükə qəzasız ötüşür. Bir neçə saniyə əvvəl təsadüf onları qəzadan qorumuşdusa, bu dəfə üzərində sərnişinlə svetoforun qırmızı işığında keçən həmin skuteri avtomobil vurur.
Qeydə alınan bu görüntülər bir həqiqəti açıq şəkildə göstərir: yol hərəkətində “bu dəfə heç nə olmadı” düşüncəsi növbəti dəfə də heç nə olmayacağı anlamına gəlmir.
Kiçik elektrik nəqliyyat vasitəsinin sürücüləri bilməlidirlər ki, digər nəqliyyat vasitələri kimi onlar da svetoforun siqanallarının tələblərinə əməl etməli və skuterlə sərnişin daşımamalıdırlar. Eyni zamanda ümumi istifadədə olan avtomobil yollarında yolun sağ kənar zolağından başqa, digər zolaqlarla hərəkət etmək qadağandır”, - məlumatda deyilir.

DİGƏR XƏBƏRLƏR

Top