
Türkiyənin xarici işlər naziri Hakan Fidan Azərbaycana səfər edəcək.
Yeniavaz.com xəbər verir ki, bu barədə Türkiyə KİV-də məlumat yayılıb.
Bildirilib ki, səfər 15-16 sentyabr tarixlərində baş tutacaq.
Məlumata görə, Fidan Bakıda Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovla və müdafiə naziri Zakir Həsənovla görüşlər keçirəcək.
Prezident İlham Əliyevin də Hakan Fidanı qəbul etməsi gözlənilir.
Tətbiqimizi yükləyə bilərsiniz