İyul ayında Azərbaycandan 4 ölkəyə 336 baş diri ətlik at satılıb


Bu ilin iyul ayında Azərbaycandan, ümumilikdə, 336 baş diri ətlik at ixrac edilib.
Yeniavaz.com
açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, iyul ayında Qazaxıstana 175 baş, Qırğızıstana 100 baş, Özbəkistana 60 baş, Rusiyaya isə 1 baş diri ətlik at göndərilib.
İxrac edilən atların ümumi gömrük dəyəri 73 min 290 dollar olub.
Belə ki, Qazaxıstana göndərilən 175 baş atın gömrük dəyəri 35 min dollar, Qırğızıstana ixrac olunan 100 baş atın dəyəri 25 min dollar, Özbəkistana göndərilən 60 baş atın dəyəri 12 min dollar, Rusiyaya ixrac edilən 1 baş atın dəyəri isə 1 290 dollar təşkil edib.
Beləliklə, iyul ayında Azərbaycandan ixrac edilən bir baş diri ətlik atın orta gömrük dəyəri təxminən 218 dollar (371 manat) olub.
Məlumat üçün bildirək ki, yanvar-iyul aylarında Azərbaycandan ümumilikdə 1 553 baş diri ətlik at ixrac edilib və ixracın ümumi dəyəri 324,83 min dollar təşkil edib.

Elnur Əli

DİGƏR XƏBƏRLƏR

Top