Baş nazirin açıqlamasından sonra məscidə hücum olub

Kanadanın Kvebek ştatındakı məscidə silahlı hücum nəticəsində 6 nəfər ölüb, 8 nəfər yaralanıb. Bu barədə "Yeniavaz.com" Türkiyə mətbbuatına istinadən xəbər verir. Silahlı hücum Kvebek Şəhər İslam Mədəniyyət Mərkəzində insanların namaza hazırlaşdığı vaxt baş verib. Polislər baş verən terror aktı ilə əlaqəsi olduğu düşünülən 2 nəfər şübhəli şəxsi həbs ediblər.

Kanadanın Baş naziri Castin Trüdo hadisə ilə bağlı həyatını itirənlərin ailələrinə başsağlığı verib. C.Trüdo "tvitter" hesabında "Bu gecə kanadalılar Kvebek şəhərində məscidə edilən alçaq hücumda həyatını itirən insanların yasını tutur", - deyə yazıb.

Qeyd edək ki, terror aktı Baş nazirin miqrantlarla bağlı açıqlama verməsindən bir neçə saat sonra baş verib. C.Trüdo ABŞ Prezidenti Trampın bəzi müsəlman ölkələrinə qarşı tətbiq etdiyi qadağaya münasibət olaraq "Kanadalılar, inancınıza baxmadan zülümdən, terror və müharibədən qaçan sizləri xoş qarşılayacaq. Müxtəliflik gücümüzdür"., deyə açıqlama verib.

DİGƏR XƏBƏRLƏR

Top