Bakı metrosunda interval azaldılır


“Bakı Metropoliteni” QSC-də texniki optimallaşdırma tədbirləri, monitorinqlər və sınaqlar nəticəsində qatarlararası intervallar minimuma endirilir.
Yeniavaz.com
xəbər verir ki, bu barədə qurumun yaydığı məlumatda qeyd olunub.
Bildirilib ki, qırmızı xətt üzrə sentyabrın 15-dən etibarən “İçərişəhər–Əhmədli” mənzilində pik saatlarda 2 dəqiqəlik intervalla hərəkət edəcək.
“Yaşıl xətt üzrə zərurət yarandıqda interval 3 dəqiqə 30 saniyədən 3 dəqiqəyə qədər azaldılacaq.
Bənövşəyi xətt üzrə payız-qış qrafikinə keçidlə “Avtovağzal–8 Noyabr” sahəsində 5 dəqiqə, “Xocəsən–Avtovağzal” sahəsində isə 10 dəqiqəlik interval tətbiq olunur.
Yeni tədris ilində bütün xətlər üzrə sərnişin axını nəzarətdə saxlanılacaq, ehtiyac olduqda əlavə tənzimləmələr aparılacaq”, - məlumatda deyilir.

DİGƏR XƏBƏRLƏR

Top