
Suriya hökumətinin yanacaq qiymətlərini artırmasından sonra bir neçə şəhərdə etirazlar başlayıb və nümayişçilər əsas magistral yolu bir neçə saat bağlayıblar.
Yeniavaz.com “Əl-Cəzirə”yə istinadla xəbər verir ki, etirazların Hama, Xan Şeyxun və Maarat əl-Numanda baş verdiyi bildirilir.
Sosial mediada yayılan görüntülərdə insanların etiraz əlaməti olaraq bağladıqları yollarda təkərləri yandırdığı görünür.
Qiymət artımları sosial mediada da müzakirələrə səbəb olub.
Qeyd edək ki, hökumət bazar günü dizel yanacağının qiymətlərini 40 faizə, benzinin qiymətlərini isə 28 faizə qədər artırıb. Bu artımların qlobal miqyasda yanacaq təminatının kəskin artması səbəbindən müvəqqəti olduğu bildirilib.
Tətbiqimizi yükləyə bilərsiniz