
ABŞ Prezidenti Donald Trampın həyatının ilk illərini keçirdiyi ev 1,93 milyon dollar satılıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə “The New York Post” qəzeti məlumat yayıb.
Nəşrin məlumata görə, bina prezidentin atası Fred Tramp tərəfindən 1940-cı ildə tikilib və ABŞ-nin gələcək rəhbəri ailəsi daha böyük mənzilə köçənə qədər həyatının ilk dörd ilini burada yaşayıb.
Nyu-York ştatının Kvins şəhərində yerləşən beş otaqlı ev Tramp Ağ Evə köçdükdən sonra turistlər üçün kirayə ev kimi istifadə edilib.
Təxminən 93 kvadratmetr zirzəmisi olan 232,3 kvadrat metrlik ev Yamayka Esteytsin sakit, yaşıl məhəlləsində yerləşir.
Tudor tipli ev ən son 2025-ci ilin fevral ayında 835 min dollara rieltor Tommi Linə satılıb.
Lin qeyd edib ki, evi aldıqda yaşayış üçün yararsız olub. O, səkkiz ay ərzində evi tamamilə təmir edib. Linin sözlərinə görə, təmir işləri təxminən 500 min dollara başa gəlib.
Evin əvvəlki sahiblərindən biri isə Maykl Devis olub. O, evi 2016-cı ildə təxminən 1,4 milyon dollara alıb. 2017-ci il, Trampın andiçmə mərasimi günü isə iş adamı onu Çindən olan bir alıcıya 2,1 milyon dollara satıb.
Tətbiqimizi yükləyə bilərsiniz