Mingəçevirdə binada yanğın – Sakinlər təxliyə edildi + Video


Mingəçevir şəhərində çoxmənzilli yaşayış binasında yanğın baş verib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin qüvvələri cəlb olunub.
Yanğınsöndürənlərin müdaxiləsi sayəsində binanın şaxtasında elektrik kabellərində baş vermiş yanğın genişlənməsinə və mənzillərə keçməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.
Yanğın nəticəsində liftin şaxtası boyu 30 p.m elektrik kabeli yanıb. Mənzillər yanğından mühafizə edilib.
Təhlükəsizlik tədbirləri çərçivəsində bina sakinləri yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə təxliyə edilib.
Bir neçə bina sakininin tüstüdən zəhərləndiyi və onların xəstəxanaya yerləşdirildiyi bildirilir.

DİGƏR XƏBƏRLƏR

Top