Hörmüz boğazında İran gəmisinə hücum – Ölən və yaralananlar var


Hörmüz boğazında, Qeşm adası yaxınlığında İran ticarət gəmisinə hücum edilb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə İran dövlət televiziyası məlumat yayıb.
Hörmüzqan əyalətindəki Qeşm adası administrasiyasının rəhbəri Hüseyn Əmir Teymuri
İran ticarət gəmisinə hücumun bu səhər Henqam adası ilə Şib Deraz sahili arasındakı ərazidə baş verdiyini bildirib.
Onun sözlərinə görə, hücum nəticəsində bir nəfər ölüb, üç nəfər yaralanıb.
Hücumu kimin həyata keçirdiyi məlum deyil.
Qeyd edək ki, Qeşm adası təxminən 1400 kvadrat metr sahəni əhatə edir. Ada Fars körfəzindəki ən böyük adadır. Ada İrana Hörmüz boğazına daxil olan gəmilərə nəzatər etməyə imkan verir.

DİGƏR XƏBƏRLƏR

Top