Venesiya Film Festivalının qalibləri mükafatlandırıldı – Fotolar


Kino dünyasının əsas tədbirlərindən biri olan Venesiya Film Festivalı başa çatıb.
Yeniavaz.com
xəbər verir ki, sentyabrın  12-si axşamı 83-cü Venesiya Film Festivalında ən yaxşı filmlərin mükafatlandırma mərasimi keçirilib.
Festivalın qran-pri mükafatı - “Qızıl Şir” May el-Tuxinin rejissorluğu ilə çəkilmiş Danimarka istehsalı olan “Naməlum qadın” filminə verilib.
Filmin hadisələri İkinci Dünya Müharibəsindən qısa müddət sonra baş verir.
“Gümüş Şir” mükafatı Cənubi Koreyalı rejissor Li Çan Donqa varlı və kasıb ailələrin dramatik hekayəsi olan “Mümkün sevgi” filminə görə verilib.
Rusiyada anadan olan rejissor İlya Xrjanovski sovet fiziki Lev Landaunun həyatından bəhs edən “Dau” distopiyası ilə “Ən yaxşı rejissor” nominasiyasında mükafat qazanıb.
Etiraz əlaməti olaraq Rusiya pasportundan imtina edən Xrjanovski mükafatı Ukraynaya həsr edib.
“Ən yaxşı aktyor” mükafatı “Doqquz vəhşi at” filmindəki yaşlı MKİ agenti roluna görə Con Malkoviçə, “Ən yaxşı aktrisa” mükafatı isə Qran-pri qazanan “Naməlum qadın” filmindəki baş roluni görə Matilda Arselə verilib.
“Ən yaxşı ssenari” mükafatı isə “Yaxşı balaca əsgər” filminə görə Stefan Brize, Korali Amadeo və Olivye Qorsa təqdim edilib.
Məşhur aktyor Corc Kluni də Kinoya verdiyi töhfəyə görə “Qızıl Şir” mükafatına layiq görülüb.
Münsiflər heyəti İsrail rejissorları Yuval Abraham və Reyçel Şaimin Qəzzada İsrailin apardığı müharibəni təsvir edən “NAZA” sənədli filminə xüsusi mükafat verib.
Qəzza zolağındakı müharibədən bəhs edən “NAZA” filmi premyeradan sonra tamaşaçılar tərəfindən 25 dəqiqə ərzində ayaq üstə alqışlanıb.
24 anonim müsahibəni özündə birləşdirən filmdə İsrail ordusu Qəzzanın mülki əhalisi arasında sistematik şəkildə kütləvi itkilərə səbəb olmaqda ittiham olunur. İsrail isə bu ittihamı rədd edir.



DİGƏR XƏBƏRLƏR

Top