
“Liverpul”un braziliyalı qapıçısı Alisson Bekker cari mövsümün sonunda klubdan ayrıla bilər.
Yeniavaz.com xəbər bu barədə “Football Insider” portalı məlumat yayıb.
Portalın məlumatına görə, “Liverpul” Alissonla müqaviləni uzatmağı planlaşdırmır.
33 yaşlı qapıçının gələn yay azad agent kimi “Liverpul”dan ayrılacağı gözlənilir.
Qeyd edək ki, Alisson 2018-ci ildən “Liverpul”da oynayır. Bu mövsüm braziliyalı qapıçı bütün yarışlarda dörd oyun keçirib və beş qol buraxıb. O, həmçinin bir dəfə qapısını toxunulmaz saxlayıb.
Xatırladaq ki, İngiltərə Premyer Liqasının ilk üç turundan sonra “Liverpul” 5 xalla turnir cədvəlində altıncı yerdə qərarlaşır.
Tətbiqimizi yükləyə bilərsiniz