
Ukrayna oktyabr ayında sülh danışıqlarının yeni mərhələsinə hazırlaşır.
Yeniavaz.com “RBK-Ukraina” agentliyinə xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenskinin ofisinin rəhbəri Kirill Budanov jurnalistlərin suallarını cavablandırarkən bildirib.
Ancaq Budanov sülh danışıqlarının keçiriləcəyi yer barədə məlumat verməkdən imtina edib.
Qeyd edək ki, bundan əvvəl Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov Rusiya tərəfinin Ukrayna ilə bağlı üçtərəfli danışıqların bərpası ehtimalını istisna etmədiyini, lakin vaxt və yeri müzakirə etmək üçün hələ tez olduğunu bildirmişdi.
Daha sonra Ukrayna Prezidenti Volodimir Zelenski Rusiya, ABŞ və Ukrayna nümayəndələrinin sülh yolu ilə həll üzrə növbəti görüşünün BƏƏ, Türkiyə və ya İsveçrədə keçirilə biləcəyini bildirmişdi. O, əlavə etmişdi ki, belə bir görüşün payızda keçirilməsini ümid edir.
Xatırladaq ki, Rusiya, Ukrayna və ABŞ arasında məsləhətləşmələrin əvvəlki mərhələsi 17-18 fevral tarixlərində Cenevrədə keçirilib.
Tətbiqimizi yükləyə bilərsiniz