
Səkkizqat “Qızıl top” mükafatının sahibi argentinalı hücumçu Lionel Messi Böyük Futbol Liqasının (MLS) müntəzəm mövsümündə Neşvillə (2:2) ev oyununda qol vurub.
Yeniavaz.com xəbər verir ki, 39 yaşlı argentinalı üçün bu qol mövsümdə 19-cu, karyerasında isə 928-ci qol olub.
Bununla da, Messi liqanın ən çox qol vuran oyunçusu yarışında Dallasın hücumçusu Petar Musanı (18 qol) geridə qoyub.
Həmçinin, Messi bu müddət ərzində MLS-də qol vurma seriyasını yeddi oyuna çatdırıb. O, yeddi oyunda yeddi qol vurub, dörd məhsuldar ötürmə edib.
Qeyd edək ki, “İnter Mayami” Şərq Konfransının turnir cədvəlində 25 oyundan sonra 45 xalla ikinci yerdədir. Turnir cədvəlinə liderliyi isə 54 xalla “Neşvill” edir.
Növbəti MLS matçında “İnter Mayami“ sentyabrın 21-də “San Dieqo”nu qəbul edəcək.
Tətbiqimizi yükləyə bilərsiniz