Kanada Aİ-nin assosiativ üzvü olmaq istəyir – WSJ


Kanadanın Baş naziri Mark Karni ölkəsinin Avropa İttifaqı (Aİ) ilə assosiativ üzv statusu əldə etmək imkanını nəzərdən keçirir ki, bu da Ottavaya bloka qoşulmadan bir sıra iqtisadi və siyasi faydalar qazandıracaq.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “The Wall Street Journal” (WSJ) mənbələrə istinadla məlumat yayıb.
Mənbələrin məlumatına görə, Karni bir neçə aydır ki, Avropa liderləri ilə Kanadanın və onun 41 milyon əhalisinin Aİ-yə daha sıx inteqrasiyası mövzusunu müzakirə edir.
Qəzet qeyd edir ki, Ottava və Vaşinqton arasında artan ticarət müharibəsi fonunda Karni Aİ ilə münasibətləri yeni səviyyəyə qaldırmağa çalışır.
Mənbələrin sözlərinə görə, baş nazir Avropa liderlərinə Kanadanın Avropa İttifaqının assosiativ üzvü olmasını təklif edib və adətən üzvlük məsələsində çevikliyi ilə tanınmayan Aİ Ottavanın təşəbbüsünü müzakirə etməyə açıq olduğunu nümayiş etdirib.
Məlumata görə, Karni Avropa üzrə xüsusi nümayəndəsinə Avropa İttifaqı ilə yaxınlaşma üçün ən iddialı variantları, yəni blokda tam üzvlüyü və ya onun vahid bazarını əhatə etməyən variantları araşdırmağı tapşırıb. Baş nazir həmçinin, müşavirlərinə "yarım əsrdir əsasən ABŞ-a bağlı olan" Kanada iqtisadiyyatını və ictimai həyatını yenidən istiqamətləndirmək niyyətində olduğunu bildirib.

DİGƏR XƏBƏRLƏR

Top