
İran vasitəçilər vasitəsilə Hörmüz boğazının açılması üçün Amerika tərəfinə yeddi şərt təqdim edib.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Tasnim” agentliyi mənbəyə istinadla məlumat yayıb.
Agentliyin mənbəsi qeyd edib ki, İranın ali rəhbərliyi tərəfindən təsdiqlənən bu yeddi şərt yerinə yetirilənə qədər boğaz bağlı qalacaq.
Mənbə əlavə edib ki, İran və Oman arasında marşrut və tranzit şərtləri ilə bağlı razılaşma Hörmüz boğazının açılması demək deyil.
Onun sözlərinə görə, boğazın açılması tamamilə Vaşinqtonun fəaliyyətlərindən asılıdır.
Qeyd edək ki, sentyabrın 6-da İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi general-mayor Möhsün Rzayi bildirib ki, marşrut gəmiçilik üçün tamamilə bağlanıb. Onun sözlərinə görə, İran ordusu Hörmüz boğazından keçməyə çalışan Amerika neft tankerlərinə atəş açır, lakin regionun ekologiyasına zərər vurmaq istəmədiyi üçün onları batırmır.
Tətbiqimizi yükləyə bilərsiniz