
İran və Oman Hörmüz boğazında gəmiçilik marşrutu ilə bağlı yekun razılığa gəliblər.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Tasnim” agentliyi mənbəyə istinadla məlumat verib.
Onun sözlərinə görə, Tehran və Maskat arasında əldə edilən razılaşma tezliklə Fars körfəzi dövlətlərinin xarici işlər nazirlərinin iştirakı ilə elan ediləcək.
Agentliyin mənbəyi qeyd edib ki, bu razılaşma yalnız İran və Oman arasında bağlanıb və digər ölkələr görüşdə yalnız marşrutun təfərrüatları və tranzit şərtləri ilə tanış olmaq üçün iştirak edəcəklər. Bununla da, onlar beynəlxalq ictimaiyyətə bu plana etiraz etmədiklərini gizli şəkildə nümayiş etdirəcəklər.
O əlavə edib ki, bu müqaviləyə əsasən, boğaz vasitəsilə Fars körfəzinə giriş tamamilə İranın ərazi suları daxilində olacaq. Ancaq çıxış yolunun yalnız bir hissəsi İrannın ərazi sularını əhatə edəcək.
Mənbənin məlumatına görə, müvəqqəti dəhlizin eni təxminən 11,3 kilometr olacaq.
Qeyd edək ki, Hörmüz boğazı Fars körfəzini Oman körfəzi və Ərəb dənizi ilə birləşdirən strateji su yoludur. Boğazdan qlobal neft və mayeləşdirilmiş təbii qaz daşımalarının əhəmiyyətli hissəsi həyata keçirilir.
Tətbiqimizi yükləyə bilərsiniz