İran ABŞ hərbçilərinin öldüyü hücumdan əvvəl Çindən peyk görüntüləri alıb – WSJ


İordaniyada yerləşən ABŞ hərbi bazasına hücum etməzdən əvvəl İranın Çin şirkətlərindən həmin obyektin yüksək dəqiqlikli peyk görüntülərini aldığı bildirilir.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “The Wall Street Journal” qəzeti hücumun təfərrüatlarından xəbərdar olan amerikalı rəsmilərə istinadla məlumat yayıb.
Bildirilib ki, ABŞ hakimiyyəti İranın əldə etdiyi peyk görüntüləri ilə bazaya sonradan edilən hücum arasında əlaqə müəyyən edib.
Qəzetin mənbələrinə görə, bu, müharibə zamanı Çinin İrana verdiyi dəstəyin amerikalı hərbçilərin ölümü ilə nəticələndiyinə dair indiyədək ən aydın sübut hesab olunur.
Lakin amerikalı rəsmilər görüntüləri hansı Çin qurumlarının İrana ötürdüyünü və bu görüntülərin hücumun hazırlanması zamanı konkret olaraq necə istifadə edildiyini açıqlamayıblar.
Qeyd edək ki, iyul ayında həyata keçirilən həmin əməliyyat zamanı üç ABŞ hərbçisi həlak olmuşdu.

DİGƏR XƏBƏRLƏR

Top