Uşağınız məktəbə getmək istəmirsə...


Bəzən uşaqlar məktəbə getmək istəmirlər və üstəlik, məktəbə getməmək üçün cürbəcür səbəblər (bunu, başqa cür bəhanələr də adlandırmaq olar) axtarırlar. Artıq siz də onu dilə tutmaqdan yorulduğunuzu düşünürsünüz. Ancaq bir həqiqət var ki, uşağı dilə tutmaqla onun məktəbə marağını artırmaq olmaz. Çünki siz nə qədər məktəbin əhəmiyyətindən danışsanız da, o, yenə də məktəbə getmək istəməyəcək.
Məktəbə getmək istəməyən və hələ bu az imiş kimi məktəbi sevmədiyini ifadə edən uşaq zaman keçdikcə bu fikri şüuraltına yerləşdirir və belə uşaqlarda məktəbə qarşı ciddi antipatiya meydana gəlir. Elə isə belə vəziyyətlərdə nə etmək lazımdır? Təbii ki, ilk növbədə, uşağınızın məktəbə getmək istəməməsinin səbəblərini araşdırmalısınız. Buna görə də, sərt reaksiya göstərməmək şərti ilə, uşaqla söhbət etməli və problemin səbəbini öyrənməlisiniz. Əgər uşağınızda məktəbə qarşı ciddi bir antipatiya varsa və bu, uzun müddət davam edirsə, bunun ilk səbəbi məktəb fobiyası ola bilər. Ona görə də, belə vəziyyətlərdə təkbaşına qərar qəbul etməməli və bir mütəxəssisdən kömək istəməlisiniz. Yox, əgər səbəb başqadırsa (məsələn, dərs, sinif yoldaşları, müəllim və s.), bunu məsələni yerində həll etməklə də aradan qaldıra bilərsiniz.
Bundan başqa, ailədəki böyüklərin məktəb illəri ilə bağlı müsbət fikirləri də uşağınızın məktəbə marağının artmasını asanlaşdırar.

Aygün Vəliyeva

DİGƏR XƏBƏRLƏR

Top