
ABŞ Prezidenti Donald Tramp İranla müharibənin noyabr ayında keçiriləcək ara seçkilərdən sonra tezliklə başa çatacağına inandığını və münaqişə bitdikdən sonra neft qiymətlərinin kəskin şəkildə düşəcəyini proqnozlaşdırdığını bildirib.
Yeniavaz.com “Reuters”ə istinadla xəbər verir ki, o bu barədə jurnalistlərlə söhbəti zamanı danışıb.
“Düşünürəm ki, çox tezliklə. Yəqin ki, ara seçkilərdən dərhal sonra”, - deyə Tramp jurnalistin müharibənin nə vaxt bitəcəyi ilə bağlı sualını cavablandırarkən deyib.
Ağ Ev rəhbərinin sözlərinə görə, Tehran seçki prosesini çətinləşdirmək üçün münaqişəni mümkün qədər uzatmağa çalışır:
“Onlar seçkilərə mane olmaq üçün mümkün qədər uzun müddət gözləməyə çalışırlar. Amma düşünürəm ki, insanlar nə baş verdiyini başa düşürlər”.
O əlavə edib ki, müharibə bitdikdən sonra neftin qiymətləri çökəcək.
Tətbiqimizi yükləyə bilərsiniz